RU

"Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası cəsus şəbəkəsinə çevrilib"

"Avropa Birliyinin müşahidə missiyasının Cənubi Qafqaz regionunda heç bir müsbət rolu mövcud deyil. Əksinə bu missiyanın sülh prosesinə yalnız mənfi təsirləri mövcuddur. Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün irəli sürdüyü şərtlərdən biri Avropa Birliyinin mülki müşahidə missiyasının ləğv olunmasıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 

O bildirib ki, həm Ermənistan, həm də Avropa Birliyi missiyanın Ermənistan ərazisində qalmasında israrlı mövqe tuturlar:



"Ermənistan bu missiyadan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Avropa Birliyinin missiyanı Ermənistan ərazisində saxlamaq üçün öz geopolitik maraqları var. Onlar Ermənistan üzərindən Cənubi Qafqaza təsir mexanizmi yaratdığını düşünür. 

Reallıqda Avropa Birliyinin müşahidə missiyası təyinatı üzrə fəaliyyət göstərmir. Missiyanın tərkibi birmənalı şəkildə NATO ölkələrinin hərbi kəşfiyyat mütəxəssisləri hesabına formalaşdırılıb. Avropa Birliyinin müşahidə missiyasının vəzifəsi hazırda Cənubi Qafqazda Azərbaycan, Türkiyə, İran və Rusiya haqqında kəşfiyyat xarakterli materiallar toplamaqdan ibarətdir. Missiya kəşfiyyat orqanına, cəsus şəbəkəsinə çevrilib və region ölkələrə qarşı fəaliyyət göstərir".


Əfsanə Kamal 
Demokrat.az
Избранный
8
10
demokrat.az

10Источники