RU

Üç ölkənin əməkdaşlığı yeni nəqliyyat dəhlizlərinin yaradılmasına səbəb olacaq -Özbəkistan XİN

Özbəkistan, Azərbaycan və Türkiyənin coğrafi mövqeyi və tranzit potensialı strateji əhəmiyyətə malikdir.

“İki sahil” xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bu sahədə yaxın əməkdaşlıq sadəcə yükdaşımanın sabitliyini təmin etməyəcək, həm də qlobal bazarın ehtiyaclarını qarşılayan yeni nəqliyyat koridorların yaradılmasına da səbəb olacaq:

“Türkiyə və Azərbaycan bu gün Orta Dəhlizin Qərb qapısı rolundaykən Özbəkistan Qədim İpək yolu kimi strateji bir qovşaq nöqtəsi olaraq ortaya çıxır”.

Избранный
3
2
ikisahil.az

10Источники