Dövlət Duması sədrinin sözlərinə görə, bu cür məsələlərin dövlət səviyyəsində müzakirəsi qəbuledilməzdir.
Turkustan.az xəbər verir ki, Amerikalı jurnalist Taker Karlsonun ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdinin hazırlanması ilə bağlı bəyanatı ABŞ-a adi quldurlar və qatillərin rəhbərlik etdiyini göstərir. Bu fikri Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
Bildirək ki, bundan əvvəl Karlson Baydenin prezidentliyi dövründə ölkə hakimiyyətinin Putini öldürməyə cəhd etdiyini iddia etmişdi. O, bunu həmkarı Mett Taibbi ilə söhbətində bildirib və hadisəni “sadəcə dəlilik” adlandırıb.
Aytən Yaşar/ Turkustan.az