RU

Tramp İranın hədəf aldığı generalı mühafizəsiz qoydu

Amerika Birləşmiş Ştatlarının keçmiş Baş Qərargah rəisi, general Mark Milleyin qorunma izni ləğv edilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə M.Milleyin özü açıqlama verib.

Qeyd olunur ki, ABŞ prezidenti Trampın göstərişi ilə generalın dövlət hesabına müfaizəsinə dair qərar ləğv edilib. Eyni zamanda onun keçmiş fəaliyyəti araşdırılır.

Qeyd edək ki, M.Milleyin təhlükəsizliyinin təmin edilməsi məsələsi iranlı general Qasım Süleymaninin Bağdadda öldürülməsindən sonra gündəmə gəlmişdi. İran Süleymaninin qisasını Milleydən alacağını bəyan etmişdi.

M.Milley həmçinin ABŞ-nin indiki prezidenti Donald Trampın düşüncələrini Çinə ötürməkdə ittiham olunur. Bununla bağlı Tramp deyib: "Bu o qədər qorxunc bir hərəkətdir ki, keçmişdə cəzası ölüm olurdu. Bu xain hərəkətin sonunda Çin ilə ABŞ arasında müharibə ola bilərdi".


Müəllif: Teleqraf.com
Избранный
4
50
teleqraf.com

10Источники