Bu gün kişi voleybolçular arasında Yüksək Liqada VIII tura start verilib.
Apasport.az xəbər verir ki, turun ilk günündə iki matç baş tutub.
Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutub. Çempionatın autsayderləri sensasiya arzusu ilə meydana çıxıblar. Amma onların xal qazanmaq arzusu reallaşmayıb. “Gənclər” çempionatın lideri “Murov Az Terminal”, MOİK isə “Neftçi”yə 0:3 hesab ilə uduzub.
Yüksək Liqa (kişilər)
29 yanvar
VIII tur
16:00. MOİK - “Neftçi” - 0:3 (14:25, 13:25, 14:25)
18:00. “Murov Az Terminal” - “Gənclər” - 3:0 (25:16, 25:15, 25:17)
Qar voleybolu üzrə Azərbaycan çempionatının finalçıları müəyyənləşib
Qar voleybolu üzrə Azərbaycan çempionatına start verilib
Ölkə çempionatına start verilir
Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək
Cahangir Seyed: "Bu mövsüm çempionat daha güclüdür"