RU

Avropa Liqasında yoluna davam edən “24-lük” - SİYAHI

UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, VIII turun ardından yekun turnir cədvəli müəyyənləşib. 

Yeni formata əsasən, ilk 8 pillənin sahibi birbaşa 1/8 finala yüksəlib. Bu uğura "Latsio" (İtaliya), "Atletik" (İspaniya), "Mançester Yunayted" (İngiltərə), "Tottenhem" (İngiltərə), “Ayntraxt” (Almaniya), "Lion" (Fransa), "Olimpiakos" (Yunanıstan), “Reyncers” (Şotlandiya) nail olub.

9-24-cü pillələrin sahibləri isə adlarını pley-off mərhələsinə yazdırıblar. “Bodo Qlimt” (Norveç), “Anderlext” (Belçika), FKSB (Rumıniya), "Ayaks" (Niderland), "Real Sosyedad" (İspaniya), "Qalatasaray" (Türkiyə), “Roma” (İtaliya), “Viktoriya” (Çexiya), “Ferentsvaroş” (Macarıstan), "Portu" (Portuqaliya), AZ (Niderland), “Midtyullan” (Danimarka), “Yunion” (Belçika),  PAOK (Yunanıstan), "Tvente" (Niderland) və "Fənərbaxça" (Türkiyə) növbəti raunda yüksəlmək üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, pley-off qarşılaşmalarının püşkatması yanvarın 31-də Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

ÇL: Növbəti tura yüksələn komandalar bəlli olub

ÇL: “Real”dan qələbə, “Liverpul” ilk məğlubiyyətini aldı - YENİLƏNİB

Çempionlar Liqası matçları bu kanallarda

Türkiyə klublarının avrokubok matçlarına hakim təyinatları açıqlanıb

Afrika Millətlər Kuboku: Benzianın komandasının rəqibləri bəlli olub

Избранный
10
50
apasport.az

10Источники