RU

Nyu-Cersidə yeni bir müəmma: Kabus-gəmi peyda oldu

ABŞ-ın Nyu-Cersi ştatında, Şrusberi çayında 10 metrlik gəmi saya oturub.

Teleqraf.com xəbər verir ki, onun göyətrəsində adam olmayıb.

Məlumatı "Asbury Park Press" yayıb. Şahidlərin sözlərinə görə, Sendi-Hulk sahillərində dreyf edən gəmi görüblər. Onun göyərtəsində kiçik zədələr müşahidə edilirmiş.

"Linda T" adlı gəmi Nyu-Yorkda qeydiyyata alınıb. Hazırda ABŞ sahil xidməti hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xatırladaq ki, bir müddət əvvəl media Nyu-Cersi ştatındakı hərbi bazalar üzərində yüzlərlə uçan naməlum obyektin peyda olmasından yazırdı. ABŞ prezidentinin mətbuat katibi UNO-larla bağlı məlumatı təkzib etmiş və bildirmişdi ki, "Nyu-Cersi üzərində kütləvi şəkildə uçan pilotsuz təyyarələrə ABŞ mülki aviasiyasının federal idarəsi tərəfindən icazə verilib. Onlardan çoxu dronlarla maraqlanan adamlar tərəfindən əyləncə məqsədilə göyə buraxılıb".


Müəllif: Teleqraf.com
Избранный
1
2
teleqraf.com

10Источники