RU

 Məktəbin kondisioneri yoxa çıxdı! “Onu müdir aparıb” – VİDEO

Siyəzən rayon Nazim Əsədov adına 4-saylı tam orta məktəbin kondisioneri yoxa çıxıb.

“7Times.az” xəbər verir ki, məktəbin inventar siyahısında olan kondisioner naməlum şəxslər tərəfindən məktəbdən aparılıb.

2020-ci ilin aprel ayında Siyəzən şəhər 2-saylı tam orta məktəbi əsaslı təmir edilərək yeni inventar avadanlıqları ilə təchiz edilib.Təhsil ocağının köhnə inventarları, xüsusən mebel dəstləri və bir ədəd istifadəyə yararlı kondisioneri aktlaşdırılaraq Siyəzən rayon 4-saylı tam orta məktəbinə təhvil verilib. Bir müddət sonra isə həmin kondisioner naməlum şəraitdə yoxa çıxıb…

Siyəzən şəhər 2-saylı tam orta məktəbinin direktoru Rəşad Rəhmanov “7Times.az”-a verdiyi açıqlamada, 2020-ci ilin aprel ayında bir ədəd işlək vəziyyətdə olan kondisionerin aktlaşdırılaraq, Siyəzən rayon 4-saylı tam orta məktəbinə təvil verildiyini bildirib. Məsələ ilə əlaqədar olaraq Siyəzən rayon 4-saylı tam orta məktəbinin o zaman ki direktoru Tərlan Bağırova ilə əlaqə saxladıq. Tərlan Bağırova “7Times.az”-a verdiyi açıqlamada 2020-ci ilin aprel ayında məktəbə Siyəzən şəhər 2-saylı tam orta məktəbindən bir ədəd işlək kondisionerin təhvil verildiyi bildirdi.

“Kondiseoneri məktəbə vermişdilər.Bir müddət sonra Siyəzən Rayon Təhsil sektorunun o zaman ki müdiri Pərvin Ağasiyev mənə zəng edib o kondisioneri soruşdu.Biz onu hələ işlətmədiyimizi bildirdik. Daha sonra o, həmin kondisioneri məktəbin dəhlizinə qoymağımızı tapşırdı və Pərvin Ağasiyev bildirdi ki, kondisioner ona lazımdı. Elə həmin gün Pərvin Ağasiyev göndərən şəxslər gələrək kondisioneri məktəbdən apardılar.”

Qeyd edək ki, Pərvin Ağasiyev hazırda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavinidir.

Избранный
168
15
7times.az

10Источники