40 min litrdən çox saxta spirt ələ keçirilib
Türkiyənin 81 əyalətində keçirilən “ÇENGEL-11” əməliyyatı zamanı 40 min 388 litr saxta spirt ələ keçirilib.
Reyting.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya son 10 gündə saxta spirtli içki istehsalı ilə məşğul olan 85 şübhəlinin tutulduğunu açıqlayıb.
“Jandarma tərəfindən son 10 gündə həyata keçirilən “ÇENGEL-11” əməliyyatları zamanı 40 min 388 litr saxta spirt və etil spirti ələ keçirilib. Saxta spirtli içki istehsal etdiyi müəyyən olunan 85 şübhəli tutulub. Vətəndaşlarımızın həyat və sağlamlığının qorunması məqsədilə saxta spirtli içkilərin istehsalına qarşı əməliyyatlarımız fasiləsiz davam edir”, - deyə nazir bildirib.
V. QULİYEV