Türkiyədə saxta spirtli içki istehsal edənlərə qarşı 81 bölgədə \"Çengel-11\" əməliyyatı təşkil edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.
Verilən açılamada, 85 şübhəlinin saxlanıldığı və 40 min litr saxta spirtli içkinin ələ keçirildiyi bildirilib.
Həmçinin açıqlamada qeyd olunub:
\"Vətəndaşlarımızın həyat və sağlamlığının qorunması üçün saxta spirt istehsalına qarşı əməliyyatlarımız fasiləsiz olaraq davam edir. Baş prokurorlarımızı və əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm\".
Oksana