AZ

Livanda Bəşər Əsədin qohumları saxta pasportla həbs edilib

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızı Livan hava limanında saxlanılıb...

Poliqon xəbər verir ki, bu barədə Livanın “Əl-Qüds Əl-Ərəbi” nəşri məlumat yayıb. Qeyd edilir ki, Suriya diktatoruBəşər Əsədin qohumları saxta pasportlardan istifadə edərək Livanı tərk etmək istəyərkən saxlanılıblar.

Qadınlar Livanın paytaxtı Beyrutdan Qahirəyə uçmağı planlaşdırırıblar. Saxlanıldıqdan sonra Livan prokurorluğu onları saxta sənədlərə sahib olmaq ittihamı ilə həbs etmək qərarına gəlib.

Qeyd edək ki, müxalif qrupların koalisiyası dekabrın 8-də Suriyada hakimiyyəti ələ keçirib. Ölkə prezidenti Bəşər Əsəd istefa verib və Rusiyaya qaçıb. Bundan sonra müxalifət keçid hökuməti formalaşdırıb.

Poliqon.info

Seçilən
86
41
poliqon.info

10Mənbələr