AZ

Əsədin qohumları Beyrut hava limanında saxlanılıb

Əsədin qohumları Beyrut hava limanında saxlanılıb

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğullarından birinin həyat yoldaşı və qızı Livanda saxlanılıb. Onlar Beyrut hava limanında həbs ediliblər.AFN.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.Nəşrin Livan hüquq-mühafizə orqanlarındakı mənbələri bildiriblər ki, söhbət Duraid Əsədin həyat yoldaşı - Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsədin oğlu, Bəşər Əsədin əmisi Rəşu Hazım və onların qızı Şəmsdən gedir. Onlar qanunsuz olaraq Livana gedərək oradan saxta pasportlardan istifadə edərək Misirə uçmalı imişlər.Rifat bir gün əvvəl əsl pasportu ilə uçub.Həma şəhərini atəşə tutan və minlərlə insanın ölümünə səbəb olan artilleriya bölməsinə Bəşərin atası Hafiz Əsədin qardaşı Rifat Əsədin rəhbərlik etdiyi qeyd edilir. Onu "Hama qəssabı" adlandırırlar.

Seçilən
72
41
afn.az

10Mənbələr