Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızı Livan hava limanında saxlanılıb.
“Əl-Qüds Əl-Ərəbi” xəbər verir ki, onlar saxta pasportlardan istifadə edərək Livanı tərk etmək istəyərkən saxlanılıblar. Qadınlar Livanın paytaxtı Beyrutdan Qahirəyə uçmağı planlaşdırıblar. Həbsdən sonra Livan prokurorluğu onları saxta sənədlərə sahib olmaq ittihamı ilə həbs etmək qərarına gəlib.
//Samir Qurbanov, Editor.az