AZ

İbrahimoviç Raşfordun “Milan”a mümkün keçidi haqda danışdı

“Milan”ın müşaviri Zlatan İbrahimoviç “rossoneri”nin “Mançester Yunayted”in ingilis hücumçusu Markus Raşforda marağını şərh edib.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, isveçli mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən Markusu yaxşı tanıyıram, biz bir vaxtlar birlikdə oynamışdıq. “Milan” dünyanın ən böyük klublarından biridir, ona görə də bütün oyunçular burada olmaq istəyərlər. “Mançester Yunayted”lə bu, asan anlaşma deyil. Görək, danışıqlara başlamaq qərarına gəlirikmi, ya yox”, deyə “İbra” vurğulayıb.

Daha əvvəl mətbuatda, İbrahimoviçin “Milan”ın Raşfordu icarəyə götürməsinin tərəfdarı olduğu haqda məlumat yayılmışdı.

Xatırladaq ki, İbrahimoviç 2016-2018-ci illərdə “qırmızı şeytanlar”ın heyətində Raşfordla birlikdə çıxış edib.

Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün bütün yarışlarda 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib.

Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

İngilis hücumçu “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.

Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
24
5
arena.az

5Mənbələr