AZ

Amorim Raşfordun ünvanına “daş atdı”: “Beləsinin yerinə…”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın ingilis hücumçusu Markus Raşford haqda tənqidi fikir səsləndirib.

Arena.az “BeanymanSports” dərgisinə istinadən, portuqal mütəxəssisin Raşfordun “bostanına atdığı daşı” təqdim edir:

“Mən ortaya mütləq surətdə can qoymayan oyunçunun yerinə, ehtiyat oyunçular skamyasında qapıçılar üzrə məşqçi Xorxe Vitalı oturdardım!”, deyə Amorim Raşfordun tənbəlliyinə eyham vurub.

Xatırladaq ki, Amorim dikbaşlığı ilə seçilən Raşfordu ara-sıra ehtiyatda “çürüdür”. “Mançester Yunayted”in məzununun “qırmızı şeytanlar”ın düşərgəsindən ayrılacağı haqda şayiələr bitib-tükənmir. Raşfordun “Barselona”ya icarəyə yollanacağı haqda söz-söhbət gəzir.

Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün bütün yarışlarda 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib.

Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

İngilis hücumçu “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.

Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
5
5
arena.az

5Mənbələr