ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların tezliklə azad ediləcəyini bildirib. Manset.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Bizim Yaxın Şərqdəki girovlarla bağlı razılaşmamız var. Onlar yaxın vaxtlarda azad olunacaqlar", - paylaşımda qeyd edilib. Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub. Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.