AZ

ABŞ Kubanı yenidən “terrorçuluğu dəstəkləyən ölkələr” siyahısına əlavə etdi

ABŞ prezidenti Donald Tramp Co Baydenin imzaladığı fərmanı ləğv edərək Kubanı "terrorçuluğu dəstəkləyən ölkələr” siyahısına əlavə edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda Kubadan başqa Şimali Koreya, İran və Suriya da var.
Ağ Evdən verilən açıqlamada, Trampın imzaladığı fərmanlardan birinin Bayden administrasiyası dövründə imzalanmış 78 fərman və icra sərəncamının ləğvini nəzərdə tutduğu bildirilib.
Bunun üzərinə Kuba prezidenti Migel Diaz-Kanel X hesabında paylaşım edərək Trampın qərarına reaksiya verib.
Canel paylaşımında:
"ABŞ hökumətinin bu hərəkəti ilə siyahılarının və birtərəfli təzyiq mexanizmlərinin nüfuzdan düşdüyünü təsdiqlədiyini"-, bildirib.
Xatırladaq ki, Yanvarın 14-də Ağ Evdən verilən açıqlamada, Konqresə göndərilən rəsmi bildirişə əsasən, Kubanın "terrora dəstək verən ölkələr” siyahısından çıxarılacağı bildirilmişdi.
Bu qərardan sonra Kubada müxtəlif cinayətlərdə təqsirli bilinən bəzi məhbusların mərhələli şəkildə azadlığa buraxılmağa başladığı açıqlanmışdı.
Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Barak Obama 2015-ci il mayın 29-da Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb. Daha sonra vəzifəyə başlayan Tramp administrasiyası 2021-ci ilin yanvarında səlahiyyət müddətinin son həftəsində Kubanı yenidən bu siyahıya əlavə edib.
ABŞ-ın keçmiş prezidenti Barak Obama 2015-ci il mayın 29-da Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb. Daha sonra vəzifəyə başlayan Tramp administrasiyası 2021-ci ilin yanvarında səlahiyyət müddətinin son həftəsində Kubanı yenidən bu siyahıya əlavə etdi.
Oksana

Mənbə: azxeber.com

Seçilən
6
50
azxeber.com

10Mənbələr