ABŞ 2000 funtluq (908 kq) bombaların İsrailə tədarükünə qoyulan qadağanı ləğv edib.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Donald Tramp deyib.
“Onlar buna görə pul ödəyiblər və uzun müddətdir gözləyirlər”, - Tramp bildirib.
“Axios” nəşri isə yazıb ki, İsrail yaxın günlərdə 1800 ədəd bomba alacaq.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden 2000 funtluq bombaların İsrailə tədarükünə qadağa qoymuşdu.