Bəs MOİK premyer-liqa klublarına “diş batıracaq” səviyyədədimi?
Komandanın baş məşqçisi Qəzənfər Abbasov “Football-plus.az”a həm son oyun, həm də hazırlıq prosesi haqda danışdı:
“Sumqayıt” qələbə qazansa da, futbolçularım yaxşı çıxış etdi. Deyərdim ki, hər iki komanda yaxşı futbol nümayiş etdirdi. Düzdü, üstünlük rəqibdə oldu. Amma bizim də imkanlarımız yarandı. Sadəcə, təcrübəsizlik, bir qədər də tələskənlik mane oldu, qol vura bilmədik. Komandamdan razı qaldım. Sabah isə “Baku Sportinq”lə oynayacağıq. “Sabah”la oyunun yerinə əlavə komanda danışmışıq. Bundan sonra üç yoxlama görüşümüz olacaq. Hazırlıq davam edir. “Qaradağ Lökbatan” və “Şəfa” ilə də qarşılaşacağıq. Daha sonra hazırlığımız bitəcək və çempionata davam edəcəyik”.
RÖYANƏ OĞUZ