AZ

“Bakıya getməyə də maliyyə durumumuz imkan vermədi” – 4-cü yerdədi, “qan ağlayır”

Gələn həftə futbol üzrə ölkə çempionatının 1-ci liqasında mövsüm canlanacaq.

Fasiləyə 4-cü pillədə yollanan “Zaqatala” yanvarın son günündə “Mingəçevir”i qəbul edəcək. Amma zaqatalalıların düşərgəsindən heç də xoş xəbərlər gəlmir.

“Football-plus.az” komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb:

“Təlim-məşq toplanışından razı qalmadım. İstədiyimiz təlim-məşq toplanışı olmadı. Əsasən də yoldaşlıq oyunları keçirə bilmədik. Heç bir rəqiblə razılaşa bilmədik ki, gəlib bizim meydanda oynasınlar. Bizim də səfər oyunlarına getməklə bağlı maliyyə problemimiz var. Yaxında olan komandalarla oyunlarımız alınmadı. “Qəbələ” ilə danışıq apardıq. Fasilədən sonra ilk turda “Mingəçevir”lə qarşılaşacağıq deyə, onlarla oynaya bilməzdik. Bakıya getməyə də maliyyə durumumuz imkan vermədi. Seleksiya xarakterli ikitərəfli oyunlar keçirdik. 2-ci yarıya hazır olub-olmadığımız ilk oyunda görünəcək. Oyun praktikasının olmaması müəyyən çətinliklər gətirəcək”.

ƏSƏD SEYİDOV
Seçilən
2
4
football-plus.az

5Mənbələr