AZ

Qazaxstandan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aktauda qəzaya uğramış təyyarəsi haqqında yeni bəyanat

Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı qeyri-rəsmi məlumatı istintaq komissiyasının hesabatını alana qədər şərh etməyəcək.

Editor.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb. “İlkin hesabat dərc olunana qədər komissiya heç bir rəsmi mənbəyə malik olmayan internet məlumatlarını şərh etməyəcək”, – məlumatda deyilir.

Bir gün əvvəl, yanvarın 15-də “Baza” Telegram kanalında Azərbaycan təyyarəsi ilə Rusiyadakı aviadispetçerlər arasında aparılan danışıqların tam stenoqramını təqdim edən məqalə dərc olunub. Məqalədə guya pilot özü dispetçerlərə göyərtəsində oksigen balonunun partlaması, həmçinin təyyarədəki hidravlikanın sıradan çıxması barədə məlumat verib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, qəzaya uğrayan təyyarənin qara qutularının dekodlanması mediada dərc olunan bəzi məlumatları təsdiqləmir. O, heç bir təfərrüat açıqlamayıb və insanları araşdırmanın nəticələrini gözləməyə çağırıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. 38 nəfər həlak olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
39
12
editor.az

10Mənbələr