"Neftçi"nin növbəti transfer cəhdi uğursuz olub.
Bizim.Media xəbər verir ki, "ağ qaralar" "Sabah"ın kapitanı Elvin Camalovu heyətinə qatmaq istəyib.
Son dönəmlər daha çox ehtiyatda qalan təcrübəli orta sahə oyunçusu da komandasını dəyişməyə isti baxırmış. Amma uzun sürən danışıqlar nəticəsiz qalıb.
“Sabah”la müqaviləsi olan futbolçu üçün “bayquşlar”ın 200 min manat tələb etməsi “Neftçi”nin bu transferdən imtinası ilə nəticələnib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta