NATO çoxlu sayda Rusiya təyyarəsinin Polşa hava məkanına daxil olmasından sonra ölkədə yerləşdirilən iki Norveç F-35 qırıcısının havaya qalxdığını bildirib.NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) sosial media hesabında yer alan paylaşımda çoxlu sayda Rusiya təyyarəsinin Polşa hava məkanına daxil olduğu bildirilib.Cavab olaraq ölkədə yerləşdirilən Norveçin iki F-35-nin havaya qalxaraq, Polşa hava məkanını aktiv şəkildə müdafiə etdiyi və müttəfiqlərin NATO-nun şərq cinahına bağlılığını nümayiş etdirdiyi qeyd edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta