AZ

NATO: '' Norveç F-35 qırıcıları Polşa hava məkanını müdafiə etmək üçün havaya qalxdı''

NATO Rusiyaya məxsus çox sayda təyyarənin Polşa hava məkanına daxil olması səbəbindən ölkədə yerləşdirilən iki "Norveç F-35" tipli qırıcısının havaya qalxdığını bildirib. NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) rəsmi internet səhifəsində edilən paylaşımda yanvarın 15-də Rusiyaya məxsus çox sayda təyyarənin Polşa hava məkanına daxil olduğu qeyd olunub. Buna cavab olaraq, ölkədə yerləşdirilən iki ''Norveç F-35'' qırıcısının havaya qalxdığı vurğulanıb.

"Norveç qırıcıları ilk dəfə olaraq Polşanın hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxaraq, müttəfiqlərin NATO-nun şərq cinahına sadiqliyini nümayiş etdirib", - deyə paylaşımda bildirilir.



Seçilən
6
1
trt.net.tr

8Mənbələr