NATO Polşada yerləşdirilən iki Norveç F-35 döyüş təyyarəsinin çoxlu sayda Rusiya təyyarəsinin ölkənin hava məkanına daxil olduğunu açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) sosial media hesabında yer alan paylaşımda, yanvarın 15-də çoxlu sayda Rusiya təyyarəsinin Polşa hava məkanına daxil olduğu bildirilib.
Buna cavab olaraq ölkədə yerləşdirilən iki Norveç F-35-in havaya qalxdığı qeyd edilib: \"Norveç təyyarələri ilk dəfə Polşa hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxaraq müttəfiqlərin NATO-nun şərq cinahına bağlılığını nümayiş etdirib\".
Gülay