AZ

Bu il münaqişələr səngiyəcək, yoxsa daha da alovlanacaq? – ŞƏRH

Bakı. Trend:

21-ci əsrin 20-ci illəri gərgin keçdi. 2020-ci il sentyabrın27-də Ermənistan Azərbaycana hücum etdi. Daha sonra biziməks-hücumumuzla Vətən müharibəsi başladı və cəmi 44 gün çəkdi.Bundan sonra 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsibaşladı. Artıq 3 ildir ki, müharibə davam edir. 2023-ci iloktyabrın 7-də HƏMAS İsrailə hücum etdi, insanları girov götürdülərvə tərəflər arasında müharibə başladı. İsrail daha sonra“Hizbullah” və husilərlə də mübarizəyə başladı. 2025-ci ildədünyada müharibələr olmayacaq fikrini düzgün hesab etmirəm. Düzdür,liderlər çalışırlar ki, müharibələr dayansın, sülh, əmin-amanlıqolsun, lakin maraqlar toqquşur. Bu maraqları təmin etmək üçün dəbəzi dövlətlər müharibəyə əl atırlar.

Bu fikirləri Trend-ə açıqlamasında politoloq Elşad Həsənovdeyib.

O xatırladıb ki, İsrail, demək olar ki, HƏMAS və “Hizbullah”komandanlarının əksəriyyətini zərərsizləşdirib:

“İsrail rəsmiləri, həmçinin, bildirirlər ki, Suriyada da İranınproksi qüvvələri məhv edilib, husilərdən sonra növbə İranındır.İranın nüvə silahı əldə etməyə hazır olduğu haqqında məlumatlarvar. İsrail ABŞ ilə birlikdə buna yol vermək istəmir. BenyaminNetanyahu da açıq şəkildə bildirdi ki, biz İrana imkan verməyəcəyikki, nüvə silahı əldə etsin, ona görə İranın nüvə obyektlərinəzərbələr endirəcəyik.

Bu, danılmazdır: 2025-ci ildə İran məsələsi həll olunacaq. Əgərİran rəhbərliyi özü nüvə silahı yaratmaq ideyasından əl çəksə,İrana hücum olmaya bilər. Lakin İran da belə bir ideyadan əl çəkəsideyil. İran rəhbərliyi daha ciddi fikirlər səsləndirir. DonaldTramp hakimiyyətə gəldikdən sonra yaxın bir neçə ay ərzində İranməsələsinə ciddi şəkildə baxılacaq. İsrail onu vurmağa hazırdır vətəbii ki, ABŞ-nin köməyi olmadan bu məsələyə getməyəcək. Trampın dadünyada ən çox dağıtmaq istədiyi yer İran, onun nüvə obyektləri vəhərbi gücüdür”.

Politoloq Rusiya-Ukrayna müharibəsinin gedişatından da sözaçıb:

“Tramp seçkiqabağı bildirmişdi ki, hakimiyyətə gəldikdən 24 saatsonra müharibəni dayandıracaq. Artıq onun hakimiyyətə gəlməsinəsayılı günlər qalıb. O çıxışlarında bildirir ki, ilk növbədəPutinlə telefon danışığı olacaq. Putin də onunla görüşməyə canatır. Artıq bu istiqamətdə işlər aparılır.

Müharibənin dayandırılmasında danışıqların çox böyük əhəmiyyətivar. Avropa İttifaqı, o cümlədən, Fransa, Almaniya, İtaliya istəyirki, danışıqlarda onlar da iştirak etsinlər. Lakin görünür ki, bununə Tramp, nə də Putin istəyir. Onlar hər ikisi bu məsələni özaralarında həll etmək istəyirlər”.

Elşad Həsənov bildirib ki, Trampın hakimiyyətə gəlməsi müəyyənmənada dünyada gedən münaqişələrin yatırılmasına səbəb olacaq:

“Çünki Tramp biznesmendir, çox şeyə biznes tərəfindən yanaşır.Lakin onu da unutmalı deyilik ki, ABŞ-ni də idarə edən dərindövlət, Konqres var, yəni Tramp da istədiyi hər şeyi etmək gücündədeyil. Əsas olan Trampın istəyi və onun komandasının aparacağıişlərdir.

Tramp hakimiyyətə gəldikdən sonra Putinlə telefon danışığıolacaq. Tez bir zamanda da onların görüşü baş tutacaq. Haradakeçirilməsindən asılı olmayaraq, bu görüş olduqca vacibdir. Nəqədər insan itkisinin qarşısı alına bilər"

Politoloq qeyd edib ki, mayadək İranla bağlı mübahisəliməsələlər həll olunacaq.

“İsrail və ABŞ İranın nüvə silahı hazırlanan yeraltıobyektlərini raketlərlə vura, hərbi sənayesinə zərbələr endirəbilər. Lazım gəlsə, yerüstü hərbi əməliyyatlar da keçirilə bilər.Bu isə daha böyük faciələrə gətirib çıxara bilər. Düşünürəm ki,İran rəhbərliyi kompromisə gedib bu qarşıdurmanın qarşısınıalmalıdır. Onlar nüvə silahı hazırlamaq fikrindən vazkeçməlidirlər. Dünya birliyinin irəli sürdüyü sülh şəraitindəyaşamağa davam etməlidirlər”, - deyə E.Həsənov əlavə edib.

Seçilən
12
50
az.trend.az

10Mənbələr