“Rusiya heç vaxt təmaslardan imtina etməyib”.
“Qafqazinfo” “Komsomolskaya Pravda”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlamalarını şərh edərkən deyib.
“Bizim günahımız deyil ki, əvvəlki administrasiya bu təmaslardan imtina edib. ABŞ-nin indiki prezidenti ilə mənim istisnasız olaraq işgüzar, lakin eyni zamanda praqmatik və etibarlı münasibətlərim olub. Əgər 2020-ci ildə onun prezident seçkilərində qələbəsini oğurlamasaydılar, bəlkə də Ukraynada 2022-ci ildə yaranan böhran olmazdı. Baxmayaraq ki, Tramp ilk prezidentiliyi dövründə Rusiyaya qarşı çoxlu sanksiyalar tətbiq etmişdi. Mən bu qərarın ABŞ-nin maraqlarına uyğun olduğunu düşünmürəm. Bayden də həmin estafet çubuğunu ələ keçirib, daha çox sanksiya tətbiq etdi. Nəticə də bəllidir. Həmin qərarların bir çox ABŞ-nin öz iqtisadiyyatına zərər verir”, - Putin qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp tezliklə Vladimir Putinlə görüş keçirmək niyyətində olduğunu bildirib. Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə Putinin amerikalı həmkarı ilə təmasa hazır olduğunu deyib.