AZ

Trampın açıqlamasına Putinin reaksiyası: Heç vaxt...

Rusiya heç vaxt təmaslardan imtina etməyib. Bizim günahımız deyil ki, əvvəlki administrasiya bu təmaslardan imtina edib.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

“ABŞ-ın indiki prezidenti ilə mənim istisnasız olaraq işgüzar, lakin eyni zamanda praqmatik və etibarlı münasibətlər olub. Mən onunla razılaşmaya bilmərəm ki, əgər 2020-ci ildə onun prezident seçkilərində qələbəsini oğramasaydılar, bəlkə də Ukraynada 2022-ci ildə yaranan böhran olmazdı. Baxmayaraq ki, Tramp ilk prezidentiliyi dövründə Rusiyaya qarşı çoxlu sanksiyalar tətbiq etmişdi. Mən bu qərarın ABŞ-ın maraqlarına uyğun olduğunu düşünmürəm. Bayden də həmin estafet çubuğunu ələ keçirib, daha çox sanksiyalar tətbiq etdi. Nəticə də bəllidir. Həmin qərarların bir çox ABŞ-ın öz iqtisadiyyatına zərər verir”, - Putin qeyd edib.

Seçilən
3
1
sitat.info

10Mənbələr