ABŞ prezidenti olan Donald Trampı 21-ci əsrdə qlobal siyasi sistemin birqütblü, yoxsa çoxqütblü olacağı ilə bağlı müzakirələr qətiyyən maraqlandırmır. Əksinə, Tramp artıq elə bir sistem qurub ki, onu təqribən pul verən mahnını sifariş edər kimi səciyyələndirmək olar. Tramp əvvəlcə düşmənlərlə deyil, müttəfiqlərdən başladı. Hələ vəzifəyə başlamazdan əvvəl o, artıq bəyanatları ilə Danimarkanı Qrenlandiyada ABŞ üçün “daha çox yer açmağa” inandırmışdı. Sonrakı açıqlamaları ilə o, Meksika və Panamanı “arxa bağça” kimi xarakterizə etdi.
Tramp ABŞ-ın ötən əsrdən bəri rəhbərlik etdiyi qaydalara əsaslanan beynəlxalq sistemlə heç maraqlanmır. Daha çox əhalisi olan Çin ABŞ-dan daha çox rüsum ödədiyi üçün ölkəsini bir imza ilə Ümumdünya Səhiyyə Təşkilatından çıxardı. Tramp beynəlxalq münasibətlərdə mövcud olan bütün qaydaları pozmağa və ya ən azından əyməyə hazırlaşarkən, çox güman ki, onun ən çox çətinlik çəkəcəyi məsələ Ukraynadır. Tramp yenidən prezidentliyə namizəd olduğu andan Ukrayna məsələsini çox qısa müddətdə həll edəcəyinə söz verdi hətta 24 saat ərzində demişdi. Amerikanın Ukraynaya dəstəyini tamamilə kəssə və bütün yükü avropalıların üzərinə qoysa, Kiyev administrasiyasını Rusiyanın şərtlərini qəbul etməyə və verdiyi vədi yerinə yetirməyə məcbur edə bilər. Ancaq bu, xüsusilə daxili siyasətdə baha başa gəlir. Bayden administrasiyası illər keçsə də, Əfqanıstandan tələsik geri çəkilməsini seçicilərinə izah edə bilmədi. Trampın analoji olaraq Ukraynadan çıxması prezidentlik müddətinin əvvəlində başağrısına çevrilə bilər. Təbii ki, belə bir addımın Çini həvəsləndirəcəyini unutmamalıyıq. Çin də Tayvan məsələsini güc yolu ilə həll etməyi seçə bilər, necə ki, Tramp Qrenlandiyada və ya Panamada edəcəyini açıqlamışdı. Bu, əsas diqqətini Yaxın Şərqə yönəldən, İranı neytrallaşdırmaqla oyun oynayan və vergi artımı ilə Çini “əhliləşdirmə” əlamətləri göstərən Tramp üçün narahatedici dönüş nöqtəsi olacaq.
Trampın gözlənilməz və “öncə Amerika” siyasətinin orta müddətli perspektivdə Türkiyə üçün problem yarada biləcəyi ehtimalı var. Türkiyə Trampın qurduğu “Pulu verən mahnını sifariş edər” sistemi ilə dərin iqtisadi böhrana düşür. Təbii ki, verməyə pul tapılmayanda, çalmağa mahnı tapmaq çətinləşir. Bunun konkret nəticələrini Suriyada müşahidə etmək mümkündür. Əsəddən sonra Dəməşqə nəzarəti ələ keçirən HTŞ ölkənin ərazi bütövlüyünü və unitar quruluşunu qorumaqda çətinlik çəkir. Fəratın şərqindəki PYD-YPG nəzarət etdiyi bölgələrdə yeni Suriya bayrağını qaldırsa da, silahlı gücündən əl çəkəcək kimi görünmür. Maraqlısı odur ki, Trampın komandasında PYD-YPG-ni silahı yerə qoymağa və onları HTŞ-nin rəhbərliyi ilə qurulmağa çalışan milli orduya inteqrasiya etməyə məcbur edəcək həvəsli bir münasibət yoxdur. ABŞ prezidentinin andiçmə mərasiminə PYD-YPG-dən 3 qadının qatılması, Türkiyənin isə heç bir görüntü verməməsi bunun göstəricisidir. İsrail isə cənubdan Suriyada tutduğu ərazini millimetr-millimetr artırır. Bu günlərdə ölkənin cənubundakı HTŞ-nin hakimiyyəti altına düşmək istəməyən druz icmalarından İsrailə “gəlin yaşadığımız bölgələrə nəzarət edin” çağırışları artıq başlayıb. Əsədin gedişi ilə Türkiyənin Suriyanın gələcəyi üçün ortaya qoyduğu xəritə getdikcə bulanıqlaşır. Ərdoğanın Trampla birbaşa münasibəti ilə ABŞ prezidentini Ankaranın nöqteyi-nəzərinə yaxınlaşdıra biləcəyini zaman göstərəcək.
Pərviz Əliyev
visiontv.az