AZ

Çinin vitse-prezidenti Trampın andiçməsinə gedir

ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın andiçmə mərasimində Çini vitse-prezident Han Çinin təmsil edəcəyi açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Hanın yanvarın 20-də keçiriləcək mərasimə Prezident Si Cinpinin xüsusi nümayəndəsi kimi qatılacağı bildirilib.

Bəyanatda Çinin ABŞ ilə münasibətlərində “qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qazan-qazan əməkdaşlıq prinsiplərinə” sadiq olduğu bildirilib:

“Biz ABŞ-nin yeni hökuməti ilə dialoqu və ünsiyyəti təkmilləşdirməyə, fikir ayrılıqlarını lazımi şəkildə idarə etməyə, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə və sabit, sağlam və dayanıqlı Çin-ABŞ münasibətlərinə nail olmaq məqsədi ilə iki ölkənin anlaşması üçün düzgün yolu birgə tapmağa hazırıq. "

Seçilən
10
50
cebheinfo.az

10Mənbələr