AZ

Bakıda Çinin Yeni ili münasibətilə tədbir təşkil edilib

Bakıda Bahar bayramı kimi tanınan Çinin Yeni ili qeyd edilib.

“Report” xəbər verir ki, bu münasibətlə Çinin Azərbaycandakı səfirliyi tərəfindən bayram tədbiri təşkil olunub.

Təntənəli açılış mərasimində çıxış edən Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ölkə Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Çin-Azərbaycan münasibətlərinin misli görünməmiş səviyyəyə çatdığını vurğulayıb.

Din Tao qeyd edib ki, Çinin Yeni ili bir çox cəhətdən Azərbaycanda qeyd edilən Novruz bayramını xatırladır, çünki hər iki bayramda ailə dəyərlərinə və ənənələrinə xüsusi diqqət yetirilir.

"Yeni ildə Çin tərəfi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, mədəniyyətlərarası mübadiləni gücləndirməyə və strateji tərəfdaşlığın möhkəmləndirilməsinə yeni töhfə verməyə çalışır. 2025-ci il Çin ay təqviminə görə İlan ilidir. Bir çox xalqların mədəniyyətində ilan sağlamlıq və müdriklik rəmzidir ki, bu da hətta Ümumdünya Səhiyyə Təşkilatının emblemində əks olunub. Əminəm ki, İlan ili bizə daha çox imkanlar və ümidlər gətirəcək", - müvəqqəti işlər vəkili bildirib.

Tədbir iştirakçılara Çinin zəngin mədəniyyəti və ənənələri ilə tanış olmaq imkanı yaradıb.

Çinin Yeni ili bu il yanvarın 29-da başlayacaq.

Foto: Samirə Həsənova

Seçilən
22
50
report.az

10Mənbələr