AZ

"Qırmızı Körpü"ilə gediş-gəliş BƏRPA EDİLİB?- VİDEO

Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunun açılması ilə bağlı sosial şəbəkədə video yayılıb.

Avtosfer.az bildirir ki, videoda danışan vətəndaşlardan biri 2025-ci ildən etibarən "Qırmızı Körpü" gömrük postunun açıldığını iddia edib.

Oxu.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu informasiya əsassızdır, "Qırmızı Körpü" gömrük postu hələ də qapalıdır.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir. Əcnəbilər ölkə ərazisinə gələn zaman hava yolundan istifadə etməlidirlər, ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur. Məsələn, Gürcüstan vətəndaşı Gürcüstana, Rusiya vətəndaşı da Rusiyaya gedə bilər. Yəni onlar üçün ölkədən çıxışa məhdudiyyət yoxdur.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə COVID-19 təhlükəsi səbəbindən ölkədə mart ayından xüsusi karantin rejimi tətbiq olunmağa başlayıb. İndiyədək bir neçə dəfə müddəti uzadılan xüsusi karantin rejimi 2025-ci il 1 aprel saat 06:00-dək qüvvədədir.

Seçilən
0
16
avtosfer.az

10Mənbələr