Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunun açılması ilə bağlı iddialar yayılıb.
Görüntülər sosial şəbəkədə paylaşılıb. Vdeoda danışan vətəndaşlardan biri 2025-ci ildən etibarən "Qırmızı Körpü" gömrük postunun açıldığını iddia edib.
Modern.az məsələ ilə əlaqədar Dövlət Sərhəd Xidməti (DSX) ilə əlaqə saxlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir.
"Əcnəbilər ölkə ərazisinə gələn zaman hava yolundan istifadə etməlidirlər, ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur", - açıqlamada qeyd olunur.
Qeyd edək ki, quru sərhədləri 2020-ci ildən bağlıdır. Sonuncu dəfə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci ilin aprelin ayının 1-i saat 06:00-dək uzadılıb.