Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunun açılması ilə bağlı iddialar yayılıb.
Görüntülər sosial şəbəkədə paylaşılıb. Vdeoda danışan vətəndaşlardan biri 2025-ci ildən etibarən "Qırmızı Körpü" gömrük postunun açıldığını iddia edib.
"Bakuinfo" xəbər verir ki, modern.az məsələ ilə əlaqədar Dövlət Sərhəd Xidməti (DSX) ilə əlaqə saxlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, dövlət sərhədindən buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir.
"Əcnəbilər ölkə ərazisinə gələn zaman hava yolundan istifadə etməlidirlər, ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur", - açıqlamada qeyd olunur.
Qeyd edək ki, quru sərhədləri 2020-ci ildən bağlıdır. Sonuncu dəfə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci ilin aprelin ayının 1-i saat 06:00-dək uzadılıb.
12:13
Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunun açılması ilə bağlı sosial şəbəkədə video yayılıb.
Milli.Az xəbər verir ki, videoda danışan vətəndaşlardan biri 2025-ci ildən etibarən "Qırmızı Körpü" gömrük postunun açıldığını iddia edib.
Oxu.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu informasiya əsassızdır, "Qırmızı Körpü" gömrük postu hələ də qapalıdır.
Postun açılması üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Ölkə ərazisindən çıxan əcnəbi şəxslərin öz ölkələrinə getməsinə qadağa yoxdur. Məsələn, Gürcüstan vətəndaşı Gürcüstana, Rusiya vətəndaşı da Rusiyaya gedə bilər. Yəni onlar üçün ölkədən çıxışa məhdudiyyət yoxdur.
Məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə COVID-19 təhlükəsi səbəbindən ölkədə mart ayından xüsusi karantin rejimi tətbiq olunmağa başlayıb. İndiyədək bir neçə dəfə müddəti uzadılan xüsusi karantin rejimi 2025-ci il 1 aprel saat 06:00-dək qüvvədədir.