İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı HƏMAS ilə razılaşmanın bağlandığını təsdiqləyib.
“The Jerusalem Post”un bəyanata istinadən verdiyi məlumata görə, təhlükəsizlik kabineti təsdiq üçün çağırılacaq, ardınca isə hökumətin iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək. Səsvermənin təxirə salınması ilə əlaqədar ilk üç girovun azad edilməsi yanvarın 20-də baş tutacaq. Səbəb HƏMAS ilə mövcud olan fikir ayrılıqlarıdır.
Bundan əvvəl “Walla” portalı ölkənin baş nazirinin girovların azad edilməsinə dair sazişin imzalanmasından və HƏMAS ilə İsrail arasında barışıqdan xəbəri olduğunu bildirib.
//Samir Qurbanov, Editor.az