İsrail portalı “Walla üç İsrail” ABŞ rəsmisinə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ prezidenti Donald Trampla görüşə bilər.
İlkin planlara görə, Netanyahu fevralın 3-dən 5-dək Vaşinqtona səfər edəcək və onun Amerika prezidenti ilə görüşünün dəqiq tarixi hələ də müzakirə olunur.
“Walla”nın mənbəsinin sözlərinə görə, Vaşinqtona dəvət İsrail-HƏMAS razılaşmasının həyata keçirilməsi fonunda “Donald Tramp tərəfindən Benyamin Netanyahuya dəstək əlamətidir”. Bununla belə, İsrail rəsmiləri İsrailin baş nazirinin prostat vəzindən əməliyyat olunduğu üçün səfərin şübhə altında qaldığını bildiriblər. Portal qeyd edir ki, səhhətinə görə 12 saatlıq uçuşa və iş görüşlərinin intensiv qrafikinə dözmək onun üçün çətin olacaq.
//Samir Qurbanov, Editor.az