AZ

İsrailin baş naziri Qəzzada müharibənin yenidən başlaya biləcəyini deyib

İsrailin baş naziri ifrat sağçı tərəfdaşlarına Qəzzada müharibənin yenidən başlaya biləcəyinə söz verib. Bu barədə məlumatlı mənbələr xəbər yayıb.

“Washington Post”a görə, Benyamin Netanyahu bu bəyanatı hökumət koalisiyasının parçalanmasının qarşısını almaq üçün verib. Mənbələr qeyd edir ki, İsrail rəhbərliyi atəşkəsin birinci mərhələsindən, daha doğrusu 42 gündən sonra hərbi əməliyyatları bərpa edə bilər.

Yada salaq ki, HƏMAS ilə sövdələşmənin razılaşdırıldığı məlum olduqdan sonra İsrailin baş naziri Maliyyə Nazirliyinin rəhbəri və Milli Təhlükəsizlik naziri tərəfindən sərt tənqidlərə məruz qalıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
21
editor.az

9Mənbələr