Kanadalı alimlər piylənmənin daha bir fəsadını ortaya çıxarıb. Analizlərin nəticəsinə görə, artıq çəkili insanlar xərçəngin müalicəsi zamanı kimyəvi dərmanlara qarşı qat-qat daha dayanıqsızdır.
Yenisabah.az xəbər verir ki, artıq çəkili insanlarda xərçəngdən ölüm faizi normal insandan təxminən 23 faiz daha çoxdur. Piylənmə eyni zamanda xərçəng şişlərinin inkişafına təkan verir.
Alimlər piylənmənin ən çox mədə, mədəaltı vəzi və ağciyər xərçənginə gətirib çıxardığını müəyyən edib.
Telegram kanalımız