Kanadalı tədqiqatçıların araşdırmasına görə, evdə uşaqlar arasında ürəyi ən gözəl və ən yaxşı xarakterə malik olan ortancıl uşaqlardır.
“Cebheinfo.az” xəbər verir ki, ortancıl uşaqlar qardaş və bacılarına nisbətən daha dürüst, təvazökardırlar. Belə ki, aparılan araşdırmalar ortancıl uşaqların şəxsi mənfəət üçün başqalarını manipulyasiya etməkdən çəkinəcəklərini göstərib.
Bu tədqiqat doğum sırasının şəxsiyyəti müəyyən edib-etməməsi ilə bağlı uzun müddətdir davam edən elmi müzakirələrə yeni bir yön verib. Bu anlayışı ilk dəfə avstriyalı psixoloq Albert Adler təqdim edib.