Mineralnıye Vodıdan İrəvana uçan Red Wings aviaşirkətinə məxsus təyyarə Mineralnıye Vodı hava limanında məcburi eniş edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
RİA Novosti-nin Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol diyarı üzrə Baş İdarəsinə istinadən verdiyi məlumata görə, ilkin məlumatlara görə, səbəb kondisioner sistemində nasazlıq olub. Xəsarət alanların olmadığı bildirilir.
“Gəmidə 86 sərnişin və 4 ekipaj üzvü var”, – məlumatda deyilir.