İrəvana uçan "Sukhoi Superjet 100" təyyarəsi Mineralnıye Vodı hava limanında məcburi eniş edib.
Rusiyanın "Red Wings" aviaşirkətinin Mineralnıye Vodıdan İrəvana uçan "Sukhoi Superjet 100" təyyarəsi Mineralnıye Vodı hava limanında məcburi eniş edib.
"Operativ Media" xəbər verir ki, 4331 saylı Mineralnıye Vodı – İrəvan reysi üzrə uçuş həyata keçirilməyib. Buna səbəb kondisioner sistemindəki nasazlıq olub.
Təyyarənin göyərtəsində 86 sərnişin və dörd ekipaj üzvü olub. Heç kim xəsarət almayıb. Təfərrüatlar dəqiqləşdirilir.