AZ

İrəvana uçan təyyarə Mineralnıye Vodı hava limanında məcburi eniş etdi

İrəvana uçan "Sukhoi Superjet 100" təyyarəsi Mineralnıye Vodı hava limanında məcburi eniş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Telegram 112" kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, "Red Wings" aviaşirkətinin göyərtəsində kondisioner sistemində nasazlıq yaranıb.

“Texniki problemlərə görə o, uçuş hava limanına qayıtmalı olub. Təyyarədə 86 sərnişin və 4 ekipaj üzvü olub. Heç kim xəsarət almayıb”, - məlumatda bildirib.


Müəllif: Arzu
Seçilən
0
1
teleqraf.com

10Mənbələr