Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Co Baydenin son bəyanatlarını şərh edərək bildirib ki, ABŞ-ın hazırkı rəhbərliyinin siyasəti dünya sabitliyinə mənfi təsir edir və Baydenin qərarları beynəlxalq münasibətlərdə daha böyük problemlərə səbəb olur.“Ulusum”.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb."Dünya lideri olmaq iddiasında olan bir şəxsin bu qədər reallıqdan uzaq fikirlər səsləndirməsi, onun nə qədər ciddi problemlərlə üzləşdiyini göstərir," - deyə Medvedev əlavə edib.O, həmçinin ABŞ-ın xarici siyasətini "qeyri-məntiqli və aqressiv" adlandıraraq, bunun beynəlxalq təhlükəsizlik sisteminə ciddi təhlükə yaratdığını qeyd edib. Medvedev vurğulayıb ki, bu yanaşma yalnız gərginliyi artırır və qlobal problemlərin həllinə mane olur.Səidə Mustafa
Diqqət Çəkənlər
Qəhrəmanlıq Yolunda: Birinci Qarabağ müharibəsi Qazisi ilə Söhbət
Tramp özünün "memcoin" adlı kriptovalyutasının buraxıldığını elan edib
FHN: 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib