ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoyacağına dair yenə vəd verib və vəzifəyə gələn kimi dərhal Rusiya prezidenti Putinlə əlaqə saxlayacağını bildirib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, görüş barədə Kreml rəhbərliyi ilə razılaşacaq. CNN-in məlumatına görə, o, bu sözləri Vaşinqtonda keçirilən mitinqdə deyib. “Mən Ukraynadakı müharibəyə, Yaxın Şərqdəki xaosa son qoyacağam. Üçüncü Dünya Müharibəsinin qarşısını alacağam”, - Tramp deyib.
Bundan əlavə, nəşrin mənbələri bildirib ki, “Tramp köməkçilərinə andiçmə mərasimindən dərhal sonra Putinə zəng edərək, Ukraynadakı müharibəni dayandırmaq üçün yaxın aylarda görüşlərini müzakirə etməyi tapşırıb”.
Nəşr xatırladıb ki, Tramp seçki kampaniyası zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsini 24 saat ərzində dayandıracağına söz verib. “Ancaq onun andiçmə mərasimi ərəfəsində... müharibənin sona yaxınlaşdığına dair çox az işarə var. Ona görə də o, yəqin ki, bu vədini pozacaq”, - nəşr qeyd edib.
Aynurə