AZ

Kamran Əliyev: Bu həkimlərlə bağlı cinayət işi açılıb

AZAL-ın təyyarəsinin Aktuada qəzaya düşməsi ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb.

"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya, Azərbaycan və Qazaxıstanda ayrı-ayrılıqda cinayət işi başlanılıb, istintaq aparılır.

Baş prokuror qeyd edib ki, Qazaxıstan və Azərbaycanın araşdırmalarının nəticələri müzakirə olunur.

K.Əliyev vurğulayıb ki, hər üç ölkə ayrı-ayrılıqda özünə aid məsələdə sübutlar toplayır:

"Bundan sonra sübutların təhlili, təqsirləndirilən şəxslərin müəyyənləşdirilməsi təmin ediləcək. Eyni zamanda hazırda Rusiya İstintaq Komitəsi və Baş Prokurorluğu tərəfindən istintaq hərəkətləri aparılır".


Seçilən
15
50
news24.az

10Mənbələr