AZ

 “Azərbaycan eyni hərəkəti Rusiyadan tələb edir" - Natiq Miri

Yazını böyüt
Yazını kiçilt

"Bu məsələnin ciddi şəkildə araşdırılıb konkret qərara bağlanması Rusiyanın növbəti dəfə cinayət tərkibli anti-humanitar fəaliyyət göstərdiyini ortaya qoyacaq".

Bu fikirləri hafta.az-a politoloq Natiq Miri AZAL-a məxsus mülki təyyarənin Rusiya hava məkanında vurulması və kənar fiziki müdaxiləyə məruz qalması nəticəsində Aktauda qəzaya uğramasına dair Rusiyanın bəzi dairələrinin sərgilədiyi mövqeyə münasibət bildirirkən deyib. Onun sözlərinə görə, Avropadan Malayziyaya uçan təyyarə də məhz Rusiyanın Donetskdə olan separatçı qüvvələri tərəfindən vurulmuşdu və 400-ə yaxın insan həlak olmuşdu.

“Amma Rusiya hələ də məsuliyyəti üzərinə götürməyib və bu məsuliyyətdən qaçmaq istəyir. Azərbaycan həqiqətin ortaya çıxmasını, ədalətin yerini almasını istəyir. Çünki həlak olan Azərbaycan və digər dövlətlərin vətəndaşları var ki, bunlar məhz Azərbaycan təyyarəsi vasitəsi ilə uçurdular. O baxımdan özünə hörmət edən dövlət baxışından məsələyə yanaşır. Paralel olaraq Azərbaycanın bununla bağlı yadda qalan davranışları var. 44 günlük müharibədə Rusiyanın mövqelərini, təzyiq imkanlarını artırmaq üçün Rusiya helikopteri hərbi təxribat törədərkən Azərbaycan tərəfindən vurulmuşdu. Ancaq hadisədən dərhal sonra Azərbaycan Prezidenti səviyyəsində üzr istənildi. Məsələ hüquqi cəhətdən bütün təminatları ilə öz yerini aldı. Zərərçəkmişin ailəsinə ən yüksək məbləğdə təzminat verildi. Azərbaycan eyni hərəkəti Rusiyadan tələb edir".

N.Miri qeyd edib ki, əgər Rusiya da həddini aşmayan dövlət deyilsə və münasibətlər qarşılıqlı, bərabərhüquqludursa, Azərbaycan dövlətinin, vətəndaşlarının hüquqlarına hörmət etməli, eyni davranışı beynəlxalq hüquq çərçivəsində sərgiləməlidir.

"Ancaq müxtəlif bəhanələr axtaran Rusiya bu məsuliyyətdən qaçmaq istəyir. Azərbaycan dövlət rəhbərliyini narahat edən də budur. Bu vəziyyət iki dövlət arasında münasibətlər sisteminə zərər verir. Ona görə Azərbaycan beynəlxalq hüquq çərçivəsində davranaraq kimliyindən asılı olmayaraq bu məsələnin araşdırılıb hüquqi cəhətdən nəticələndirilməsini istəyir".

Seçilən
4
50
hafta.az

10Mənbələr