AZ

Ekspert: “Rusiya müharibəni davam etdirdikcə çökəcək” – ÖZƏL

Donald Trampın fikrincə, Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlara son qoymaqdan imtina etməklə Rusiyanı məhv edir. Tramp qeyd edib ki, müharibənin bir həftə ərzində bitəcəyi gözlənilsə də, artıq üç ildir davam edir və bu, Rusiya üçün ciddi problemlər yaradacaq.

Mövzu ilə bağlı siyasi ekspert Zeynal Əmrəliyev Olaylar.az-a açıqlama verib. O bildirib ki, müharibənin davam etməsi Rusiyaya ciddi problemlər yaradır və Mərkəzi Bank rəhbərliyi Putini bu barədə xəbərdar edib:

"İstər enerji, istər maliyyə sektorunda çox ciddi problemlər var. Əslində, Qərbin ağır sanksiyaları və Ukraynada ciddi resurs itkisi səbəbindən Rusiyanın çöküşü gözlənilirdi. Bu günə qədər bu tip resurslarla Rusiya ciddi zərbə almalı idi. Amma bu təhlükədən onu xilas edən hökumətin güclü iqtisadi komandası oldu. Xüsusilə Mərkəzi Bank rəhbərliyi Qərbdən gələn təzyiqləri dəf etməkdə böyük siyasi ustalıq göstərdi. Amma nə qədər güclü olsalar da, bunun da bir həddi var.

Düşünürəm ki, uzağı qarşıdakı iki il ərzində müharibə davam edərsə, Rusiya iqtisadiyyatı ciddi böhranla üzləşəcək. Bu müharibə bir növ qalibiyyəti olmayan müharibədir. Hazırda strateji olaraq savaş aparılır. Bir tərəfi Ukrayna, digər tərəfi Rusiya tutur və bu şəkildə müharibə gedir. Bu isə ciddi böhran deməkdir.

Trampın dediklərində həqiqət var. Rusiya müharibəni davam etdirdikcə çökəcək. Əslində Tramp komandası Kremlə mesaj göndərmək istəyir ki, əgər siz Ukrayna ilə barışığa razılaşmasanız, biz müharibəni davam etdirməyə hazırıq. Müharibə davam etdikcə uduzan tərəf siz olacaqsınız, çünki resurslarınızda ciddi tükənmə var. Həqiqətən də, Rusiya resurslarında ciddi azalma hiss olunur və Amerika Birləşmiş Ştatları bunu açıq şəkildə görür. Müharibənin davam etdirilməsi Rusiya üçün ziyanlıdır. Bu il ərzində tərəflər arasında atəşkəs haqqında müqavilə imzalana bilər."

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
50
olaylar.az

10Mənbələr