AZ

“Tarixdə bu gün” - Həzi Aslanovun doğum günü...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

22 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq.

 

22 yanvar Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor Həzi Aslanovun doğum günüdür:

 

Həzi Aslanov İkinci Dünya Müharibəsinin ilk illərindən döyüşlərdə iştirak edib.  Onun 55-ci əlahiddə tank alayı feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi hünər göstərib. Bu döyüşdəki rəşadətinə görə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Sonralar onun alayı Rostov, Taqanroq şəhərlərinin azad olunması və Kursk vuruşmasında fəal iştirak edib. İkinci dəfə Sovet ittifaqı Qəhrəmanı adına təqdim edilən Həzi Aslanov 1945-ci il yanvarın 24-də Yelqava şəhəri uğrunda döyüşdə qəhrəmancasına həlak olduqdan sonra erməni general Baqramyanın cəhdi ilə bu məsələ kənarda qalıb. 1991-ci ildə azərbaycanlı tədqiqatçıların səyləri nəticəsində Həzi Aslanova ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib

22 yanvar 1990-cı ildə Bakıda 20 Yanvar faciəsi şəhidləri dəfn olunublar:

 

Fövqəladə vəziyyət rejiminə baxmayaraq milyondan çox adam azadlıq şəhidlərini son mənzilə yola salıb.

 

22 yanvar 1932-ci ildə türk dilində ilk dəfə “Qurani Kərim” İstanbul məscidlərinin birində uca səslə oxunub.

 

22 yanvar 1950-ci ildə Azərbaycan Milli Qəhrəmanı Fəxrəddin Şahbazov dünyaya gəlib:

 

1973-cü ilin dekabrından Azərbaycan Dövlət Teleradio Şirkətində operator olaraq işə başlayan Fəxrəddin çalışdığı müddətdə məhsuldar fəaliyyəti ilə fərqlənib, 1988-ci ildən qaynar nöqtələrdə çəkilişlər edib. 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında erməni quldurlarının atəşə tutduğu vertolyotda həlak olan Azərbaycan ziyalıları və qəhrəmanları  arasında Fəxrədddin Şahbazov da var idi.

Seçilən
34
16
azedu.az

10Mənbələr