AZ

“Tarixdə bu gün” - “Şöhrət” ordenli Sara Aşurbəyli anadan olub

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

27 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır?

 

Qısaca nәzәr salaq.

 

27 yanvar Holokost qurbanlarının Beynəlxalq Anım Günüdür:

 

Bu gün dünyanın hər yerində Holokostun - yəhudi millətinin 2-ci Dünya müharibəsi illərində faşist rejimi tərəfindən kütləvi surətdə qırılmasının ildönümü qeyd olunmaqdadır. Nasistlərin ən böyük düşərgəsi Auşvitzin sovet ordusu tərəfindən azad edildiyi tarix - 1945-ci il yanvarın 27-si Holokost qurbanlarının xatirə günü elan edilib.

 

Dünyanın hər yerində ötən əsrin ən böyük faciəsi – soyqırımı kimi tanınan Holkost yunanca “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) zamanı faşistlər tərəfindən təxminən 6 milyon yəhudi sistemli şəkildə öldürülüb. 

 

27 yanvar 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılıb.

 

27 yanvar 1906-cı ildə Azərbaycan alimi, tarixçisi və şərqşünası, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli Sara Aşurbəyli anadan olub:

 

O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Sərgilərdən birində onun “Göygöl” əsərini Meksika nümayəndələri alıblar. Bu əsər indi Meksika muzeylərindən birində saxlanır.

 

NASA Ay Proqramının birinci kosmik gəmisi olan “Apollo-1” 1967-ci il 27 yanvarında Kennedi Kosmos Mərkəzində test zamanı yandı:

 

Astronavtlar Qas Qrissom, Edvard Hiqqins Uayt və Rocer Çaffi həlak oldular.

Seçilən
18
16
azedu.az

10Mənbələr