AZ

Yaponiya ordusu “Chinook” helikopterinin yeni versiyasını sifariş edib

Yaponiya hökuməti yerli “Kawasaki Heavy Industries” şirkəti ilə milli silahlı qüvvələr üçün 17 ədəd CH-47 “Chinook” ağır yükdaşıyan hərbi-nəqliyyat helikopterinin istehsalı ilə bağlı müqavilə imzalayıb.

Herbiand.az bildirir ki, bu barədə The Defence Post məlumat yayıb.

Saziş çərçivəsində CH-47J-nin yerliləşdirilmiş yapon versiyasında beş helikopterin hazırlanmasına 71,4 milyard yen (458,1 milyon dollar), 161,1 milyard yen (1 milyard dollar) isə artırılan uçuş məsafəsi ilə CH-47JA versiyasında 12 təyyarə üçün ayrılacaq.

Müqavilədə helikopter istehsalının yalnız yerli müəssisələrdə həyata keçirilməsi nəzərdə tutulub.

CH-47 “Chinook” Amerikanın ağır hərbi nəqliyyat helikopteridir. CH-46-nın əsasında hazırlanıb və 1960-cı illərin əvvəllərindən geniş istifadə olunur. ABŞ ordusunda H-37 helikopterini, daha sonra isə CH-54-ü əvəz edib. Dünyanın 20-dən çox ölkəsində xidmətdədir. Yaponiya Silahlı Qüvvələrində 70-dən çox birinci nəsil Blok I “Chinook” var.

Helikopterin uzunluğu 30 metr, qanadları isə 18 metrdir. Platforma 4777 at gücünə malik iki Honeywell mühərriki ilə təchiz olunub və hər biri 302 km/saat sürəti təmin edir. Uçuş hündürlüyü 6096 metrə qədər çatır, uçuş məsafəsi isə 306 km təşkil edir. Konstruksiya göyərtədə pulemyotlar, kiçik çaplı artilleriya və raket sistemlərini yerləşdirməyə imkan verir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
3
42
herbiand.az

10Mənbələr